ONN İnformasiya Agentliyi

Van Dammın sevgilisinə 202 minlik hədiyyəsi

Van Dammın sevgilisinə 202 minlik hədiyyəsi
17 Dekabr 2020 - 23:44

Dünya ulduzu Jan Klod Van Damm ukraynalı sevgilisi Alyona Kaverinaya “Mercedes-Benz”in dəbdəbəli avtombilini alıb.

ONN media  xəbər verir ki, aktyor evli olmasına baxmayaraq 10 ildən artıqdır ki, birlikdə olduğu məşuqəsinə bahalı ziynət əşyaları, brend geyimlər, planetin ekzotik nöqtələrinə bilet hədiyyə edib.

Jan Klodun aldığı “Mercedes-Benz GLE” modelini instaqramda paylaşan Alyona sözügedən avtomobilin gələn il satışa çıxacağını, lakin lüks maşının yalnız alman ovtokonserninin VIP müştərilərinə sifarişin mövcud olduğunu bildirib.

Aktyorun sevgilisinə aldığı avtomobilin dəyəri isə 119 000 dollardır (təxminən 202 min 300 manat).

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png