Tom Kruz məşhur aktrisa ilə sevgilidir?

Hollivud ulduzu Tom Kruz yeni eşq münasibətlərinə başlayıb.

ONN media  bildirir ki, 58 yaşlı Tom hazırda çəkilişləri gedən “Mission İmpossible 7” filmindəki tərəf müqabili Heyli Etvel ilə sevgilidir.

38 yaşlı aktrisanın çəkilişdən sonra da Kruzla xeyli vaxt keçirdiyi bildirilib. Deyilənlərə görə, cütlük Tomun  Londonda yerləşən lüks evində yaşayır.