Paşinyanın cinayətləri prokurorluğa təqdim edildi – Həbsinə az qaldı

Ermənistanda iyirmi hüquqşünas baş prokuror Artur Davtyana dövlətə xəyanət səbəbi ilə cinayət işi başlanması tələbini ehtiva edən məktub göndərib.

ONN media  xəbər verir ki, müraciət Baş nazir Nikol Paşinyanın açıqlamalarına əsaslanıb.

Baş nazirin Qarabağla bağlı üçtərəfli bəyanatı imzaladıqdan sonra sərhədlərin delimitasiyası barədə 27 noyabrdan bəri verdiyi açıqlamalar, ictimaiyyət üçün əlçatmaz olan gizli, ikitərəfli, şifahi (və ya yazılı) razılaşma əsasında danışıqlar aparması və konstitusiyaya zidd davranışları onun cinayət işlədiyinə dair dəlillər kimi təqdim olunub.

Hüquqşünaslar Cinayət Məcəlləsinin 299-cu maddəsinə əsasən, respublikanın suverenliyinə, ərazi bütövlüyünə və xarici təhlükəsizliyinə qarşı cinayət törədənlərin təqibinə başlanılması, bu cinayət əməllərinin qarşısını almaq və yatırmaq üçün təcili tədbirlər görülməsini tələb edib. Onlar baş nazirdən başqa, prosesdə iştirak edən digər yüksək vəzifəli şəxslərin bundan sonrakı cinayət əməllərinin qarşısını almaq və yatırmaq üçün dərhal cinayətlə birbaşa əlaqəli digər yüksək vəzifəli şəxslərin dərhal tutulması, nəzarətə götürülməsi, qabaqlayıcı tədbirlərin görülməsini məktubda qeyd ediblər.