SON DƏQİQƏ: Türkiyədəki bazada qəza – ABŞ antiterror dəstəsi göndərdi..

Türkiyənin Adana şəhərində yerləşən “İncirlik” aviabazasında qəza olub.

ONN media  xəbər verir ki, bu barədə “Rudaw” məlumat yayıb.

Bildirilib ki, qəza pilotsuz təyyarənin iştirakı  ilə baş verib. Bölgəyə antiterror dəstəsi göndərilib.

Qeyd edək ki, “İncirlik” bazası ABŞ və Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən ortaq şəkildə istismar olunur və ABŞ-ın İraq və Suriyadakı əməliyyatları üçün vacib bir mərkəzdir. Burada ABŞ-ın nüvə silahlarını saxladığı iddiaları da mövcuddur.