Rusiya Lavrova verilən hədiyyəni geri qaytardı

Bosniya və Herseqovinanın Rusiyadakı səfiri Jelko Samarciya Sergey Lavrova hədiyyə edilən, amma Rusiya Xarici İşlər Nazirliyinin geri qaytardığı ikonanı Sarayevoya çatdırıb.

ONN media  xəbər verir ki, bu məlumatı “Tanyuq” agentliyi yayıb.

Qeyd edək ki, bundan öncə Ukrayna Bosniyaya müraciət edərək, Lavrova verilən ikonanın Ukrayna mədəniyyət irsinin obyekti olduğunu bildirmişdi.