Belarusun ABŞ-dakı səfiri öldü – SƏBƏBİ MƏLUM DEYİL

Belarusun ABŞ-dakı səfiri Oleq Kravçenko vəfat edib.

ONN media  xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfirin hansı səbəbdən öldüyü barədə məlumat verilməyib.

Qeyd edək ki, Prezident Aleksandr Lukaşenko Kravçenkonu bu ilin iyulunda ABŞ-a səfir təyin etmişdi.