Pakistana XAİN HÜCUM: 7 əsgər öldürüldü

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan vilayətindəki hərbiləşdirilmiş sərhəd postuna terror hücumu nəticəsində təhlükəsizlik xidmətinin azı 7 əməkdaşı həlak olub.

ONN media  xəbər verir ki, güc strukturlarının əməkdaşları və terrorçular arasında toqquşma şənbə günü gecə saatlarında baş verib. Ordunun mətbuat xidmətinin məlumatına görə, intensiv atışmadan sonra hərbçilər silahlıların hücumunu dəf edə biliblər.

Terrorçuların qaçmasına imkan verməmək üçün ərazi mühasirəyə alınıb. Genişmiqyaslı axtarış əməliyyatları davam etdirilir.