Peskov: “Rusiya və Türkiyə nəhəng oyunçulardır”

“Putin və Ərdoğan arasındakı münasibətlər mübahisəli vəziyyətlərdən birlikdə çıxmağa imkan verir”.

ONN media  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya və Türkiyə nəhəng oyunçulardır. Bizim ölkələr regionda sabitlik və təhlükəsizliyə yardım edə bilən nəhəng oyunçulardır. Rusiya Prezidenti Vladimir Putinin Bakı və İrəvanla dostluq münasibətlərini dəstəkləməsi sülh razılığını əldə etməyə kömək edib”, – Peskov vurğulayıb.