Bu ölkədə karantin sərtləşdirilir

Fransa koronavirusla mübarizədə tətbiq etdiyi karantin rejiminə nəzarəti gücləndirəcək.

ONN media  xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivier Veran məlumat verib.

O, epidemiyanın çox yayıldığı bölgələrdə komendant saatının artırılacağını və qadağanın saat 20:00-dan 18:00-a qədər davam edəcəyini qeyd edib.

Veran bu dəyişikliklə qismən komendant saatı müddətinin 10 saatdan 12 saata qaldırılacağını bildirib.

Bundan əlavə, nazir 2021-ci il yanvarın sonunda 50 yaşdan yuxarı şəxslərə vaksin tətbiq ediləcəyini açıqlayıb.