4.9 bal gücündə zəlzələ BAŞ VERDİ

Xorvatiyanın Petrinya şəhərində 4.9 bal gücündə zəlzələ baş verib.

ONN media  xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri dekabrda dağıdıcı zəlzələnin baş verdiyi Petrinya şəhərinin 6 km cənub-şərqində olub.

Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Xorvatiyanın Petrinya şəhərində 6.3 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 8 nəfər həlak olmuşdu.