Baydendən İLK AÇIQLAMA: Şokdayam!

ABŞ demokratiyası görülməmiş bir hücuma məruz qalıb.

ONN media  xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden deyib.

“Prezident Trampa səslənirəm. Televiziyaya çıx, andına sadiq qal, Konstitusiyanı müdafiə et, bu blokadaya son qoyulmasını istə. Bütün dünya bizi izləyir. Şokdayam, ölkəmizin belə bir qaranlıq nöqtəyə çatması məni kədərləndirir. Bu anın və növbəti 4 ilin yeganə hədəfi demokratiyanın yenidən bərpa olunmasıdır”, – Co Bayden bildirib.