Şahbaz Quliyev: Bizə çox işgəncə veriblər və…

“Bizə çox işgəncə veriblər. Qırmızı Xaç Komitəsi əlimin şəklini çəkmək istəmirdi. Şişmişdi deyə”.

ONN media  bildirir ki, bunu girovluqdan qaytarılmış Şahbaz Quliyev mətbuat konfransında deyib:

“Mənə 22 il həbslə bağlı hökm verildi. Şuşada bizə baxmırdılar. Qırmızı Xaç Komitəsinin gəlməsindən sonra bizə münasibət dəyişdi. İlham Əliyevə ümidimiz vardı ki, biz vətənə qayıdacağıq.

44 günlük müharibə bütün Ermənistanı çökdürdü. Bu müharibədə ermənilərdə “voennıy” sözünün V hərfi qalmayıb. Kəlbəcər və Laçını siyasətlə aldıq. Müharibə davam etsəydi, onlarda hərbçi qalmayacaqdı”.(oxu.az)