“WhatsApp” zirvədəki yerini itirdi – Bu tətbiq LİDER OLDU

İstifadəçi məlumatlarını “Facebook” ilə bölüşmək qərarı qısa müddətdə “WhatsApp”a marağın azalmasına səbəb oldu.

“WhatsApp” bu qərara görə Türkiyədə ən çox yüklənən mesajlaşma tətbiqləri arasında ilk yerini itirib.

Bundan sonra “Telegram” “App Store”da yüklənmə sayına görə lider olub. İlon Mask-a məxsus olan “Signal” tətbiqi 2-ci olub. “WhatsApp” məxfilik müqaviləsini yeniləyəndən sonra üçüncü pilləyə enib.

“Turkcell”in yaydığı məlumatlara görə, bir gündə 100 min nəfər “BiP” tətbiqini yükləyib.