Azərbaycanda məktəblər AÇILIR? – RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi yaxın zamanlarda ümumtəhsil müəssisələrində dərslərin ənənəvi qaydada keçiriləcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

ONN media xəbər verir ki, nazirliyin İctimiayyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında bildirib ki, dərslərin mövcud pandemiya şəraitində ənənəvi qaydada keçirilməsi məsələsi ilə bağlı hər hansı qərar qəbul edilməyib:

“Bu qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Bu qərar mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla verilir. Hələ ki, belə bir qərar hələ verilməyib. Tədrisin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu barədə ilk növbədə Təhsil Nazirliyinin resurslarında məlumatlar paylaşılacaq”.