Aktrisa haqqında həqiqətlər üzə çıxdı

Aktrisa Odri Hepbern haqqında bəzi gerçəklər üzə çıxıb.

ONN media  xəbər verir ki, aktrisanın nəvəsi Emma Ferrer onun şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

O, bildirib ki, Odri 6 yaşında olarkən atası VicKor Ruston tərəfindən tərk edilib. Bundan sonra Hepbern psixoloji travma alıb və uzun illər özünə gələ bilməyib.

Emma 1993-cü ildə vəfat edən nənəsinin dünyada ən çox sevilən qadınlardan biri olmasına baxmayaraq, ömür boyu ata sevgisindən məhrum olduğunu dilə gətirib.