ONN İnformasiya Agentliyi

Sabah Naxçıvan dəhlizi müzakirə olunacaq – Moskvada görüş

Sabah Naxçıvan dəhlizi müzakirə olunacaq – Moskvada görüş
26 Yanvar 2021 - 12:47

Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri sabah Moskvada görüşəcək.

ONN media xəbər verir ki, bu barədə RBK kanalı Rusiyadakı mənbələrinə istinadən yazıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan tərəfindən Şahin Mustafayev, Ermənistan tərəfindən Mqer Qriqoryan, Rusiya tərəfindən isə Aleksey Overçuk iştirak edəcək.

Görüşdə Naxçıvan dəhlizi və bir neçə məsələ müzakirə olunacaq.

Qeyd edək ki, 11 yanvarda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi Moskva bəyanatında kommunikasiyaların açılması əksini tapıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png