Millət vəkili şəhid gizirin ailəsi ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının Xəzər rayonunun Binə qəsəbəsindən olan şəhid gizir Cəmil Oqtay oğlu Səlimovun anası Təranə Səlimova və şəhid ailəsinin digər üzvləri ilə görüşüb.

ONN media  xəbər verir ki, Q.Paşayeva şəhid ailəsinin qayğıları ilə maraqlanıb, onları qələbə münasibəti ilə təbrik edib.

Millət vəkili şəhid Cəmillə bağlı ailənin xatirəsini dinləyib, onun “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edildiyi qeyd edilib, torpaqlarımızın azadlığı üçün çoxsaylı qəhrəmanlığı yada salınıb.