ONN İnformasiya Agentliyi

Azərbaycanlı deputatdan erməniyə İRAD: “Şuşi yox, Şuşa”

Azərbaycanlı deputatdan erməniyə İRAD: “Şuşi yox, Şuşa”
27 Yanvar 2021 - 23:38

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov AŞPA-nın qış sessiyası zamanı Ermənistanın qurumdakı nümayəndə heyətinin üzvünü tarixə hörmətlə yanaşmağa və Şuşa şəhərinin adını düzgün tələffüs etməyə çağırıb.

ONN media xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

K.Cəfərov bldirib: “Azərbaycan şəhərinin adı Şuşi yox, Şuşadır. Tarixə hörmətlə yanaşmaq lazımdır”.

Azərbaycanlı deputat erməni deputatı müzakirələrə yerli-yersiz siyasi don geydirməməyi tövsiyə edib:

“Dağlıq Qarabağda əməliyyatlar başa çatıb və bu gün artıq qarşılıqlı inam yaratmağın vaxtı çatıb. Siz isə bunun əvəzinə AŞPA-dakı müzakirələrdən istifadə edərək hər bir məsələni siyasiləşdirməklə məşğulsunuz”. – deputat bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png