Nazirlik Rəmişlə bağlı XƏBƏR YAYDI

Mədəniyyət Nazirliyi Azərbaycanın xalq artisti, virtuoz gitaraçı Rafiq Hüseynovun (Rəmiş) ölümü barədə məlumatlara aydınlıq gətirib.

ONN media xəbər verir ki, nazirlik Trend-ın sorğusuna cavab olaraq bildirib ki, musiqiçinin ölməsilə bağlı xəbərlər doğru deyil.

Qeyd edək ki, bir sıra yerli KİV-də sağlamlığı ilə bağlı problemləri olan R.Hüseynovun vəfat etməsi barədə məlumatlar yayıb.