ONN İnformasiya Agentliyi

Leyla Əliyeva işğaldan azad olunmuş ərazilərlə bağlı TAPŞIRIQ VERDİ

Leyla Əliyeva işğaldan azad olunmuş ərazilərlə bağlı TAPŞIRIQ VERDİ
29 Yanvar 2021 - 16:02

“30 illik erməni işğalının fəsadlarını görmək hamımızı sarsıtdı. Bu kimi cinayətlər onu göstərir ki, ölkəmizə qarşı ekoloji terror törədilib”.

ONN media  xəbər verir ki, bunu IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın tapşırığı ilə IDEA işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin yenidən canlandırılması istiqamətində işlər görəcək: “IDEA ilk olaraq təbii sərvətlərin qiymətləndirilməsi istiqamətində işlər görəcək. Növbəti adddım isə həmin yerlərin bərpası olacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png