Ərdoğan nazirləri toplayır – Dağlıq Qarabağ…

Bu gün Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.

ONN media  xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə baş tutacaq iclas yerli vaxtla 15:00-da başlayacaq.

3 həftə fasilədən sonra toplaşacaq nazirlər koronavirus pandemiyası çərçivəsindəki məhdudiyyətlər və qida məhsullarının qiymətindəki artımları müzakirə edəcək. İclasın gündəm maddələrində Dağlıq Qarabağ, Şərqi Aralıq dənizi, Liviya və Suriya kimi xarici siyasət mövzuları da yer alacaq.

İclasdan sonra Prezident mətbuat konfransı keçirəcək.

Bundan başqa, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 15 fevralda məktəblərin açılıb-açılmamasına qərar veriləcək.