Çavuşoğlundan QARABAĞ AÇIQLAMASI

“Türkiyə əvvəlcədən Qarabağ münaqişəsinin diplomatik yolla həllinə çağırırdı, ancaq xarici oyunçular Ermənistanı dəstəkləməyə davam edərək rəsmi Ankaranın mövqeyi ilə razılaşmırdılar”.

ONN media  xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Azərbaycan sülh təşəbbüslərinin müvəffəqiyyətsizliyi fonunda aktiv hərəkətə keçməyə və özünə aid olanı qaytarmağa məcbur idi.

“Azərbaycan hüquqla ona aid olanı qaytardı, tarixi ərazilərini qaytardı”, – XİN başçısı vurğulayıb.