Nəsrin Cavadzadə nə vaxt evlənir?

“Yasak elma” serialının çəkilişlərində tanış olan aktrisa Nəsrin Cavadzadə və aktyor Gökhan Alkan ailə qurur.

ONN media  xəbər verir ki, bir-birinin ailəsi ilə yaxından tanış olan cütlük münasibəti rəsmiləşdirmək qərarına gəlib. Belə ki, onlar pandemiyadan sonra nikah bağlayacaqlar.

Qeyd edək ki, cütlük ötən ilin noyabrında instaqramda fotolarını paylaşaraq sevgili olduqlarını elan etmişdilər.