Ruhaninin bu təklifi rədd edildi

İranda Prezident Həsən Ruhani administrasiyasının təklif etdiyi büdcə layihəsi mühafizəkarların çoxluq təşkil etdiyi parlament tərəfindən rədd edilib.

ONN media  xəbər verir ki, parlament ölkədəki islahatçı qanadı təmsil edən Ruhani hökumətinin hazırladığı 2021-ci il büdcə layihəsini qəbul etməyib.

Büdcə layihəsi struktur dəyişiklikləri üçün yenidən hökumətə göndəriləcək.