Türkiyədə Braziliya və Cənubi Afrika ştammları tapıldı

Türkiyədə koronavirusun yeni mutasiyaları aşkarlanıb.

ONN media  xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter” səhifəsində yazıb.

“Ölkəmizdə koronavirusun Britaniya ştammı ilə yanaşı, iki nəfərdə Cənubi Afrika, bir nəfərdə isə Braziliya növü aşkarlanıb. Xəstələr və onlarla əlaqədə olan insanlar xəstəxanalarda təcrid ediliblər”, – deyə nazir bildirib.