Rusiya səfiri Serj Sərkisyanla görüşdü

Dünən Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə Ermənistanın eks-prezidenti Serj Sərkisyan arasında görüş baş tutub.

ONN media  xəbər verir ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib. Görüşdə müzakirə mövzusu Qarabağ savaşından sonrakı vəziyyət olub.

Qeyd edək ki, son günlər Kopırkin Ermənistanın siyasi partiyalarının rəhbərləri ilə aktiv görüşlər keçirir. O, bundan öncə Robert Köçəryan və Levon Ter-Petrosyanla da görüşmüşdü.