Azərbaycanda iki yeni vəzifə yaradıldı

Azərbaycanda iki yeni vəzifə yaradılır.

ONN media  xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda öz əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifələri təsis edilib.