Azərbaycanda qadın qonşuları tərəfindən bıçaqlandı – ŞOK OLAY

Astarada 42 yaşlı qadın qonşularının hücumuna məruz qalıb. Hücuma məruz qalan qadın döyülüb və ona bıçaqla xəsarətlər yetirilib.

ONN media xəbər verir ki, hadisə rayonun Kakalos kəndində gecə saatlarında baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Səidə Ramiz qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sol qol, sol qabırğa və sağ bud nahiyəsinin sıyrılmış yarası diaqnozu qoyulub. Zərərçəkənin bildirdiyinə görə o, qonşusu tərəfindən hücuma məruz qalıb və ona bıçaqla xəsarətlər yetirilib.

Faktla bağlı araşdırma aparılır.