SON DƏQİQƏ: Ermənistanda güclü zəlzələ oldu

Bu gün Ermənistanın şərqində, Göyçə gölünün şimal hissəsində zəlzələ qeydə alınıb.

ONN media xəbər verir ki, 5.2 bal gücündə baş verən zəlzələnin episentri Azərbaycanla sərhədin yaxınlığında olub və ölkəmizin qərb rayonlarında yeraltı titrəyişlər hiss edilib.

Zəlzələnin Gürcüstanda da hiss edildiyi bildirilib.