Türkiyədə daha 110 nəfər öldü

Türkiyədə koronavirusdan ötən sutka ərzində 110 nəfər ölüb.

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, son 24 saatda COVİD-19-a yoluxmuş və simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7901 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8217, ağır xəstələr isə 1423 nəfər olub.

Qeyd edək ki, Türkiyədə bugünədək 2516889 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2404416 nəfər sağalıb, 26577 nəfər isə ölüb.