ABŞ-da koronavirusa yoluxanların sayı REKORD HƏDDƏ

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 86 928 yoluxma halı qeydə alınıb, 1268 nəfər vəfat edib.

ONN media bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bununla da ABŞ-da koronavirusa yoluxanların sayı 27 milyonu ötüb.  

ABŞ-da indiyədək COVID-19-dan ölənlərin sayı 463 mindən çoxdur.