ONN İnformasiya Agentliyi

Aprel döyüşlərindən sonra bu istəyimiz alınmadı – Saakyan

Aprel döyüşlərindən sonra bu istəyimiz alınmadı – Saakyan
09 Fevral 2021 - 14:18

“Aprel döyüşlərindən sonra müharibənin yenidən başlamaması üçün əlimizdən gələni etdik, amma alınmadı”.

ONN media  xəbər verir ki, bunu Dağlıq Qarabağdakı keçmiş separatçı rejimin sabiq rəhbəri Bako Saakyan deyib. O bildirib ki, 5 il əvvəlki döyüşlərdən sonra separatçılar İrəvanla birgə hərəkət etmək üçün əlaqəli addımlar atmağı təklif ediblər:

“Məqsədimiz diplomatiyada üstünlük qazanmaq idi. O  vaxtkı rəhbərliklə də görüşlər keçirdik, yeni hökumətlə də… “dqr”in təhlükəsizliyi, yenidən müharibənin başlamaması üçün təkliflər paketi hazırlamaq istəyirdik. Danışıqlar prosesində birgə mövqeyimizi təmin etməyi hədəfləyirdik. Çox səy göstərdik. Amma müharibənin qarşısını ala bilmədik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png