ONN İnformasiya Agentliyi

İraqda daha bir türk hərbçisi şəhid oldu

İraqda daha bir türk hərbçisi şəhid oldu
11 Fevral 2021 - 13:00

Türkiyə ordusunun İraqın şimalındakı Qara bölgəsində həyata keçirdiyi “Pəncə Qartal-2” adlı antiterror əməliyyatları zamanı yaralanan kapitan Ərtuğ Gülər şəhid olub.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Ərtuğ Gülər fevralın 10-da əməliyyatlar zamanı ağır yaralanaraq xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”, – məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün əməliyyatlar çərçivəsində Türkiyə ordusunun 2 hərbçisi şəhid olmuşdu.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png