Məşhur müğənni koronavirusa yoluxdu

Türkiyəli müğənni Demet Akalın koronavirusa yoluxduğunu açıqlayıb.

Sənətçi bu barədə instaqram hesabında məlumat yayıb.

Testinin pozitiv olduğunu deyən ulduz xəstəliyi yüngül keçirdiyini deyib.

Xatırladaq ki, müğənninin həyat yoldaşı Ozan Kurt da bir neçə gün əvvəl virusa yoluxduğunu açıqlamışdı