Xaçaturovun məhkəmədə halı pisləşdi

KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov məhkəmədə fasilə zamanı özünü qəfil pis hiss edib.

ONN media  xəbər verir ki, fasilədən sonra Xaçaturov məhkəmə iclasını davam etdirən hakim Anna Danibekyana təzyiqinin düşdüyünü bildirib.

Hakim belə bir şəraitdə iclası davam etdirməyin mümkün olmadığını bildirərək, iclası təxirə salıb.(axar.az)