Evində avtomat gizlədən şəxs belə ələ keçdi

Polis evdə gizlədilmiş odlu silahı aşkarlayıb.

ONN media  xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini N.Əliyevin yaşadığı evə baxış zamanı oradan “AK-74” markalı avtomat silahı və 30 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.