Sürücülük vəsiqəsi alan qadınların sayı nə qədər artıb?

Azərbaycanda nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayı ildən-ilə artır.

ONN media  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınlar 2008-ci ildə 4,6 faiz təşkil etdiyi halda, 2020-ci ildə 7,5 faizədək artıb.