Zaxarovdan ABŞ-a SƏRT CAVAB: Qarşılıq veriləcək…

ABŞ-ın bloger Aleksey Navalnı ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyalara yaxın zamanda qarşılıq veriləcək.

ONN media  xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“İşlər davam edir. Əgər bununla bağlı danışmırıqsa, siyahının hazırlanmayacağını düşünməyin”, – deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ və Avropa Birliyi (AB) Navalnı ətrafındakı insidentlə bağlı Rusiyanın güc strukturlarına sanksiya tətbiq etmişdi.