ONN İnformasiya Agentliyi

Armen Sarkisyanın Bakıda olması TƏKZİB EDİLDİ

Armen Sarkisyanın Bakıda olması TƏKZİB EDİLDİ
09 Mart 2021 - 15:34

Ermənistan Prezidentinin Administrasiyası Prezident Armen Sarkisyanın Bakıda səfərdə olması barədə məlumatlarla bağlı açıqlama yayıb.

ONN media  xəbər verir ki, Administrasiyanın bu gün yaydığı açıqlamada A. Sarkisyanın Bakıya səfər etdiyi barədə məlumatlar təkzib olunub.

Qeyd edək ki, “İravunk” qəzeti Makedoniyanın Ermənistandakı fəxri konsulu Araik Sarkisyana istinadən məlumat yayıb ki, Prezident noyabrın 17-də Bakıda səfərdə olub. “Prezidentdən soruşun, noyabrın 17-də Bakı nə edirdi”, deyə A. Sarkisyan sual edib.

“Bəzi KİV-də guya Armen Sarkisyanın noyabrın 17-də Bakıda olduğu barədə xəbərlər yayılır. Bu, açıq yalan və dezinformasiyadır. Prezident nə həmin gün, nə də digər günlərdə Bakıda olmayıb”, – deyə Ermənistan Prezidentinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png