Rus senator ürəktutmasından öldü

Tümen vilayətinin Federasiya Şurasındakı nümayəndəsi Mixail Ponomarev vəfat edib.

ONN media  xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, 67 yaşlı Ponomarev ürək tutmasndan vəfat edib.

O, Federasiya Şurası İqtisadi Siyasət Komitəsinin sədr müavini vəzifəsində çalışıb. 2016-cı ildə senator seçilib, bundan əvvəl Tümen Regional Dumasının deputatı idi.