ONN İnformasiya Agentliyi

Türkiyə iki ölkəyə və Avropa İttifaqına NOTA VERDİ

Türkiyə iki ölkəyə və Avropa İttifaqına NOTA VERDİ
15 Mart 2021 - 21:27

Türkiyə Yunanıstan, İsrail və Avropa İttifaqına Aralıq dənizinin şərq hissəsində Türkiyədən icazəsiz aparılması nəzərdə tutulan fəaliyyətlərlə bağlı nota verib.

ONN media  xəbər verir ki, martın 8-də Yunanıstan, Kipr Respublikası və İsrail arasında ortaq elektrik bağlantısının qurulması üzrə “EuroAsia Interconnector” layihəsinə dair müqavilə imzalanıb. Layihənin Avropa İttifaqının dəstəyilə həyata keçiriləcəyi bildirilib.

Sənədə əsasən, layihə çərçivəsində çəkiləcək elektrik kabeli vizual olaraq Türkiyənin Aralıq dənizindəki qitə şelfindən keçməlidir. Rəsmi Ankara bunun üçün Türkiyədən icazənin alınmasının vacib olduğunu bəyan edib və adıçəkilən ölkələrdəki səfirlikləri vasitəsilə etiraz notalarını müvafiq diplomatik qurumlara təqdim edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png