Ukrayna İranı ittiham etdi

Kiyev Tehranı həqiqətləri gizlətməyə və fəlakətin məsuliyyətindən yayınmasına imkan verməyəcək.

Ukrayna Xarici işlər naziri Dmitriy Kuleba  ötən ilin yanvar ayında Tehran yaxınlığında qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin əsl səbəblərini gizlədib qeyri-səmimilik nümayiş etdirmək cəhdlərinə İran hökumətini ittiham edib.

ONN media  xəbər verir ki, Ukrayna XİN başçısı istintaqın qərəzli aparıldığını qeyd edib: “İstintaqın qərəzli aparıldığını etiraf etmək məcburiyyətində qalaraq deyə bilərəm ki,  istintaqa təqdim olunan dəlillərin tam yox, seçici olduğundan nəticələr də aldadıcıdır”.

Ukraynalı nazirin sözlərinə görə, hesabatda  fəaciənin ilkin səbəbləri zəncirvari qaydada açıqlanmır: “Bu hesabat deyil, manipulyasiya toplusudur ki, məqsədi həqiqəti tapmağa yox-İran İslam Respublikasına haqq qazandırmaqdır”.

Kuleba onu da əmin edib ki, Ukrayna beynəlxalq tərəfdaşları ilə birlikdə Tehranın həqiqəti gizlətməsinə və fəlakətin məsuliyyətindən  boyun qaçırmasına  imkan verməyəcək.