Türkiyədə günlük yoluxma sayı 20 mini keçdi

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 81 nəfər ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 20 049 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 18 615 nəfər sağalıb, ağır xəstə sayı isə 1 503 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 950 603 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 770 638 nəfər sağalıb, 29 777 nəfər isə ölüb.