Şevçenko deputatlığa namizəd olacağını açıqladı

Tanınmış rusiyalı jurnalist və siyasətçi Maksim Şevçenko Rusiya Dövlət Dumasına öz namizədliyini irəli sürəcək.

ONN media  xəbər verir ki, bu barədə Şevçenko özü “RİA Novosti”yə danışıb.

Şevçenko öz namizədliyini Moskvanın mərkəzi bölgəsi dairəsindən irəli sürəcəyini bildirib.

Qeyd edək ki, Dövlət Dumasına seçkilər 19 sentyabr tarixində keçiriləcək.