Kubaya meteorit düşdü

Kubalı seysmoloqlar adanın şərqində yerləşən Moa şəhərinə meteorit düşdüyünü bildiriblər.

ONN media xəbər verir ki, bu barədə “Cubadebate” nəşri məlumat yayıb.

Hadisə şahidlərinin dediklərinə görə, səmada qırmızı və ağ rənglərində işıq görüldükdən sonra güclü partlayış olub.