Gürcüstan müxalifəti fasiləsiz mitinqlərə başlayır

Bu gündən etibarən Gürcüstan müxalifəti fövqəladə fəaliyyət rejiminə keçir.

ONN media xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının üzvü Zaal Udumaşvili bildirib.

Onun sözlərinə görə, mayın 15-də müxalifət Tbilisinin Rustaveli prospektində etiraz aksiyası keçirəcək: “Bu tarixə qədər isə mitinqlər həm paytaxt, həm də bölgələrdə təşkil olunacaq. Müxalifət fasiləsiz etiraz aksiyaları rejiminə keçir”.

Müxalifətçi davamlı etirazların sonda qələbə və ölkədə müsbət dəyişikliklərlə nəticələnəcəyini qeyd edib.