Rus səfir Vaşinqtonu tərk etdi

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtondakı diplomatik missiyanın ərazisini tərk edib.

ONN media  xəbər verir ki, səfir Nyu Yorka gəlib və buradan da məsləhətləşmək üçün Moskvaya gedəcək.

Qeyd edək ki, bundan öncə Rusiya XİN sözçüsü Mariya Zaxarova ABŞ-dakı səfirin geri çağırıldığını bildirmişdi.