“Parni İz Baku” peyvənd olundu

Bu gün Planet Parni İz Baku KVN Teatrının bir sıra üzvü koronavirusa (COVİD-19) qarşı peyvənd olunub.

Teatr üzvləri bu barədə videogörüntüləri sosial şəbəkədə yayıblar.

Onlar bildiriblər ki, onlayn qeydiyyatdan keçdikdən sonra peyvənd olunublar.

Planet Parni İz Baku KVN Teatrının üzvləri insanları şayiələrə inanmamağa və peyvənd olunmağa səsləyiblər.