İşğaldan azad olunan ərazilərdə daha 137 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərdə icra olunan əməliyyatlarla bağlı yeni məlumat yayıb.

ANAMA-dan ONN media -ya  verilən məlumata görə, aprelin 5-dən 10-dək Qarabağda 90 piyada əleyhinə mina, 47 tank əleyhinə mina və 435 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Nəticədə 60 hektardan çox ərazi minalardan təmizlənib.