Məscidlərdə bayram namazlarına icazə verilə bilər – AÇIQLAMA

Koronavirusa yoluxma sayı azalarsa, ola bilər ki, Operativ Qərargahın və TƏBİB-in göstərişinə əsasən, məsafə saxlamaq şərtilə məscidlərdə bayram namazlarının qılınmasına icazə verilsin.

ONN media  xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Surxay Məmmədli deyib.

O bildirib ki, bayram gününə bir neçə gün qalmış bu barədə qərarın verilib-verilməməsi bəli olacaq:

“Bayram namazına artıq sayılı günlər qalıb. Məscidlərdə bayram namazlarının qılınmasına üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in xüsusi göstərişi olmalıdır. Hər bir inanclı şəxsin arzusudur ki, məsciddə ibadət etsin. Lakin pandemiya səbəbindən bu imkanlar olmadığı təqdirdə vətəndaşlar bayram namazını ev şəraitində qılacaq”.